1. Əsas səhifə
  2. Müəllif haqqında
  3. Veb saytlar
  4. Əlaqə
  1. Əsas səhifə
  2. Sənədl filmlər
  3. Quran təfsiri
  4. Adnan Oktar deyir ki...
  5. Hədislər

Cahil cəmiyyətindəki din anlayışı

İndiyə qədər xüsusiyyətlərini saydığımız, Allahı lazım olduğu kimi təqdir edə bilməyən, bu səbəblə də "cahil" olma xüsusiyyətini daşıyan cəmiyyət quruluşu, dini də öz yanlış məntiq və inancları istiqamətində şərh etmişdir. Bunun nəticəsində ortaya çıxmış olan din anlayışı, Quranda Allahın əmr etdiyi həqiqi dindən çox fərqlidir. Rəbbimiz Quranda hz. Məhəmməd (s.ə.v)-ə vəhy edilən dini, "... insanların "ağır yüklərini, üzərlərindəki zəncirləri endirən ... "(Əraf surəsi, 157), "içində heç bir çətinlik olmayan" bir din olaraq bildirir:

... O , sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı, atanız İbrahimin dinində olduğu kimi. O, bundan daha əvvəl də, bunda (Quranda) da sizi "Müsəlmanlar" olaraq adlandırdı ... (Həcc surəsi, 78)

Quranda insanlar, düşünməyə, tabe olduqları səhv inam və yolları fərq edərək Allahın istədiyi şəkildə bir həyat tərzinə çağırılırlar.
Cahil cəmiyyəti isə Quranın çox dəqiq və aydın mesajını görməzlikdən gələrək, İslam adına qatı mühafizəkar bir dini törətmişdir. Cahilliyənin meydana gətirdiyi bu yanlış din anlayışının bəzi xüsusiyyətlərini belə saya bilərik:

- Quranda Allahın bildirdiyi din, yalnız Allaha qul olmağı və Ondan başqa varlıqları ilah etməməyi əmr edər. Buna görə insan yalnız Allahın razılığını axtarmaqla məsuldur, başqalarının məmnuniyyətini axtarmaq kimi bir məcburiyyəti yoxdur. Cahil isə, dini Allahın razılığını axtarmaq üçün bir yol kimi görmür. Cahil cəmiyyətin bu səhv anlayışına görə ortaya çıxan din, "insanlar nə deyər?" qorxusuna əsaslanan və həqiqi din əxlaqından tamamilə ayrı bir quruluşdur.

- Quran əxlaqını bilməyən və anlamayan cahilin din anlayışı, bir sıra batil etiqadlara əsaslanır. Müxtəlif yerli adət və inanclar dinə əlavə olunmuş, dindar olmaq, atalardan gələn batil bəzi inanclara bağlı olmaqla eyni şey halına gətirilmişdir. Halbuki, Quranda Allahın tərif etdiyi və Peyğəmbərimiz (s.ə.v)-in həyatında ən gözəl nümunələrini gördüyümüz dinin bunlarla heç bir əlaqəsi yoxdur. Quranda Rəbbimiz, yalnız Öz sərhədlərini və Peyğəmbər (s.ə.v)-in sünnəsini ölçü almağı əmr edir. Tarix boyunca peyğəmbərlər haqqın qarşısına atalarından öyrəndikləri batil inanclarla çıxmağa cəhd edənlərlə mübarizə aparmışdırlar. Onların bu əxlaqlarını Allah ayələrdə belə xəbər vermişdir:

Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!” – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?  (Bəqərə surəsi, 170)

 Eyni mövzu, Maidə surəsi, 104; Ənam surəsi, 91; Əraf surəsi, 28 və daha bir çox ayədə təkrarlanır.
- Dini bu səhv anlayışla qiymətləndirən bəzi cahil cəmiyyətin insanları, bu rəftarlarının təbii bir nəticəsi olaraq dinin ağıldan ayrı olduğu səhvinə qapılmışlar. Halbuki, Allahın Quranda bildirdiyinə görə ağıl, mömin olmanın əsasıdır. Möminlər davamlı düşünməyə, araşdırmağa və Allahın ayələrini bu yolla görüb tanımağa dəvət edilərlər. İman və ağıl bir-biri ilə əlaqəlidir; ağlı istifadə etməyin bir nəticəsi olaraq iman edilir, ağıldan istifadə olunduqca imanı daha da güclənər.

- Cahil cəmiyyətin düşüncəsi dində olmayan bəzi qaydaları varmış kimi göstərir, halalı haram etməkdə bir qorxu görmür. Quranda, bir çox insanın çətinliyini duyduğu bu məntiqin səhvi bu şəkildə bildirilmişdir:

De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında hamıya, Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə izah edirik. (De: “Rəbbim həm aşkar, həm də gizli törədilən yaramaz əməlləri, hər cür günahı, haqsızcasına zülm etməyi, Allahın, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Ona şərik qoşmağınızı və bilmədiyiniz şeyləri Allahın əleyhinə söyləməyinizi haram buyurmuşdur”. (Əraf surəsi, 32-33)

Allah, – məcburiyyət qarşısında yeyəcəyiniz şeylər istisna olmaqla – haram buyurulanları təfərrüatı ilə sizə bildirdiyi halda, üstündə Onun adı çəkilənlərdən nə üçün yeməyəsiniz? Şübhəsiz ki, çoxları elmsiz olduqları üçün öz istəklərinə uyub insanları doğru yoldan azdırırlar. Həqiqətən, sənin Rəbbin, həddi aşanları daha yaxşı tanıyır. (Ənam surəsi, 119)

Ey iman gətirənlər, Allahın sizin üçün halal etdiyi gözəl şeyləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevməz. (Maidə surəsi, 87)

- Cahilliyin meydana gətirdiyi batil anlayış səbəbiylə İslam, bəzi kəslər tərəfindən olduğundan çox fərqli tanıdılmaq istənmişdir. Halbuki İslam, ağlın, gözəlliyin, sevginin, anlayışın, mehribanlığın, mərhəmətin, təmizliyin, incəsənətin, keyfiyyətin, nəcibliyin hakim olduğu haqq dindir. Peyğəmbərlər, yaşadıqları dövrlərin ən mədəni insanlarıdır. Son dərəcə mədəni və estetik dəyərlərə sahib kəslərdir. Peyğəmbərimiz (s.ə.v.) nəzakətil, estetik zövqünün keyfiyyətiylə, gözəlliyiylə, təmizliyiylə və üstün ağlıyla bütün möminlərə ən gözəl nümunədir. Hz. Süleyman (ə.s.) da bu həqiqətin ən açıq nümunələrindən biridir. Sarayı arxitektura möcüzələri ilə, estetik məkanlarla doludur.

Müsəlman olmaq Allaha qul olmaq və Onun verdiyi nemətləri Ona şükür edərək istifadə etməkdir. Allahı tanımanın və həqiqətən üstün əxlaqlı bir insan ola bilməyin səyidir.

Həqiqi müsəlman, özünü yaradan sonsuz qüdrət sahibi Allahın razılığını axtaran, Onun razılığından başqa heç bir maddi və ya mənəvi qarşılıq gözləməyən adamdır.

Məhz müsəlmanlığın xüsusiyyətindən biri budur.

Geri

  • Filmlər
  • Birbaşa efir
  • Kitablar

Sənədli filmlər

İzlə

A9 tv

İzlə

Gəlin birləşək - Bu abda xristianların, musəvilərin və müsəlmanların ortaq inanc əsaslarına, ortaq ibadətlərə, ortaq əxlaqi dəyərlərə sahib olduqları, eyni təhlükələrlə qarşılaşdıqları bu dinlərin müqəddəs kitabları əsasında izah edilir.

Quranda dua - Bu kitabda və digər işlərimizdə təkamül nəzəriyyəsinin süqutuna xüsusi bir yer ayrılmasının səbəbi bu nəzəriyyənin hər cür din əleyhdarı olan fəlsəfənin təməlini meydana gətirməsidir.

Qızıl dövr - Peyğəmbərimizin dilindən olan bir çox hədisdə, yer üzündə İslam əxlaqının hakim olacağı bir dövrün yaşanacağına işarə edilir. Məhz Axırzaman olaraq bəhs etdiyimiz dövr Quran əxlaqının hakim olacağı bu dövrdür.

Davamı

Faydalı linklər

  • Mənəviyyat bağçası
  • Hər şeydə xeyir görmək
  • Qulaq ardına vurulan Quran hökmləri
  • Allah ağılla bilinər

.

  • Kamil iman
  • Dərin iman
  • Quran yetərlidir
  • Allahın adları

www.adnanoktar.az

Qurani Kərim