De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”. (Cümə surəsi, 8)
Allahın və axirətin varlığına qəti olaraq iman etməyən "cahil" cəmiyyəti mənsublarının ən diqqətə çarpan xüsusiyyətlərindən biri, "heç ölməyəcəkmiş kimi" yaşamalarıdır. Bu cəmiyyətdə ölüm, hər kəsin bildiyi amma qəti şəkildə danışmadığı, adını ağzına almadığı bir mövzudur. Bütün planlar ölüm yox sayılaraq edilər. Sanki "bu dünya" da sonsuza qədər yaşayacaqmış kimi sərvət yığarlar. Bütün planlar, ölüm göz qarşısına alınmadan edildiyi üçün, bu qaçınılmaz sondan bəhs etmək "boşboğazlıq, kobudluq” olaraq qəbul edilir.
Məhz cahil cəmiyyətin insanlarının yanlış bir məntiq üzrə yaşadıqlarının ən açıq göstəricilərindən biri də budur. Hər insan, "hər kəs ölümü dadacaqdır" ( Al-i İmran surəsi, 185) hökmü gərəyi mütləq öləcəyinə görə, ölüm həqiqəti nəzərə alınmadan qurulan bir həyat əlbəttə, çürük bir təməl üzərinə qurulmuş olar. Halbuki, insan mütləq ağlını və vicdanını istifadə etməlidir;
- Özünə sonsuz həyat istəyi verildiyinə görə, nə üçün orta hesabla 60-70 il kimi qısa bir müddət yaşadılıb, sonra da həyatına son verildiyini oturub düşünməlidir.
- Ölümü düşünməyərək heç bir şəkildə ölümdən qaça bilmədiyini, ancaq ovçudan qaçmaq üçün başını quma soxan dəvəquşu kimi ağılsızlıq etdiyini fərq etməlidir.
- Özünü ən mükəmməl bir şəkildə, bir spermadan yaradan Allahın, onu yenidən dirildib yaşatma gücünə sahib olduğunu qavramalıdır.
- Və onu öldükdən sonra yenidən dirildib yaşadacağını yüzlərlə ayədə vəd edən və xəbər verən Allahın, bu sözünü əlbəttə tutacağını bilməlidir.
O zaman ölümün yox olmaq deyil, axirətə keçiş qapısı olduğunu qavramağa başlaya bilər.
- Bu vəziyyətdə ölümdən qorxmağın bir mənası olmadığını anlaya bilər. Onsuz da ölümdən qorxmağın bir faydası yoxdur, çünki ölüm qaçınılmazdır. Hər kəs qədərində təyin olunan zamanda öləcək. Ölüm qorxusuna qapılanları, Allah Quranda belə xəbərdar etmişdir:
... Onlar sənə bildirmədiklərini öz içərilərində gizlədir: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik” – deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq, qəlblərinizdə olanları təmizləmək üçün belə etdi. Allah kökslərdə olanları bilir." (Al-i İmran surəsi, 154)
Amma axirətə keçiş qapısı olan ölüm, ancaq həyatını Allah rizasına uyğun olaraq dəyərləndirənlər üçün xoşbəxtlik və qurtuluşa açılır. Allahdan üz çevirmiş olanlar üçünsə, ölüm qəti bir məhv olma və fəlakətin başlanğıcıdır. Heç ölməyəcəkmiş kimi yaşayaraq Allahı unudanlar, ölüm gəldiyində hiss edəcəkləri peşmanlığın bir şey ifadə etməyəcəyini Rəbbimiz Quranda xəbər vermişdir:
Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!” – deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq. (Nisa surəsi, 18)
Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm”. Xeyr! Onun bu dedikləri ancaq boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx həyatı vardır. (Muminun surəsi, 99-100)
Özünü Allaha həsr edən hər kəs, Allahın diləməsi xaricində bu peşmançılığı yaşayacaq.
Elə isə, madam həyat çox qısadır, bu həyatdan sonra sonsuz bir həqiqi həyat vardır və madam o sonsuz həyat, bu dünyada Allahın razılığını axtararaq qazanılacaq; bu vəziyyətdə;
- İnsanın buradakı qısa və dəyərsiz həyatından çox, ölümdən sonra başlayacaq həqiqi həyatını düşünməsi lazımdır. Bu üzdəndir ki, bu həqiqəti qavramış olan möminlər "sırf (axirəti əsl) yurdu düşünüb - anan ixlas sahibləri"dirlər. (Sad surəsi, 46)
- Dünyada əldə ediləcək sərvət və imkanlara ehtirasla bağlanmağın bir mənası yoxdur. Heç kim nə malını, nə gözəlliyini, nə qüvvəsini, nə ailəsini, nə də şöhrətini axirətə apara bilməz. Bunların heç biri məzardakı insana yoldaşlıq edə bilməz. Məzara girən yalnız kəfənə sarılı bir bədəndir; o da qısa bir müddət içində qurdlanıb çürüməyə başlayacaq.
- Bu dünyadan axirətə aparılacaq tək şey Allah rizası üçün edilmiş olan saleh əməl və ibadətlərdir. O zaman bu dünyada qısa bir müddət üçün insana verilmiş olan nemətlər (sağlamlıq, gözəllik, sərvət və s.), axirətdə əbədi olaraq və çox daha gözəli ilə yenidən insana veriləcək.
- Bu həqiqəti qavramayaraq malını və bədənini Allah rizası üçün xərcləməkdən çəkinib "xəsislik" edən, öz axirətini məhv etməklə əslində özünə xəsislik edir. Mövzuyla əlaqədar bir ayə belədir:
Budur, siz Allah yolunda malınızdan xərcləməyə dəvət edilirsiniz. Aranızda isə simiclik edənlər də tapılır. Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsəniz, yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər. (Məhəmməd surəsi, 38)
Bunları qavraya bilməyən və dünyaya böyük bir sevgiylə bağlanmış olanlar, özlərini guya "ölümsüz"ləşdirməyə çalışarlar. "Geridə adını davam etdirəcək bir şey qoymaq" istəyi bu səbəbdəndir. Bunun müxtəlif formaları vardır:
- Bəziləri arxalarında "adlarını davam etdirəcək" əsərlər qoymağı sınayar. Allah Quranda bu rəftarı belə xəbər verir:
"Siz, hər təpədə bir abidə inşa edib (faydasız bir şeylə) əylənirsiniz? Ölümsüz qılınmaq ümidiylə sənət tikililəri mi hazırlayırsınız?" (Şuəra surəsi, 128-129)
- Bu psixologiyanın ən diqqətə çarpan nümunələrindən biri də "uşaq böyütməyə" qarşı olan həddindən artıq istəkdir. Axirəti ümid etməyənlər, ümumiyyətlə arxalarında adlarını xatırlayıb, davam etdirəcək uşaq qoymaq həvəsində olurlar. Xüsusilə oğlan uşağı istənilməsinin də səbəbi budur. "Uşaq sahibi olma" ehtirasının dünya həyatının keçici bəzəyi olduğunu Rəbbimiz bir ayədə belə xəbər verir:
Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axirətdə şiddətli əzab, kimisini də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Hədid surəsi, 20)
Əlbəttə, insanın gözəl əxlaqlı, xeyirli insanlar yetişdirmək istəməsi məqbuldur. Ancaq cahilliyin yanlış sistemində insanların bu istəyinin səbəbi Allahın razı olması deyil, öz eqoizmlərini təmin etmək, öz ağıllarına görə dünyada qalıcı bir ad qoymaqdır.
Halbuki Qurana baxdığımızda möminlərin uşaq sahibi olmağı, ancaq Allahın razılığı üçün istədiklərini və uşaqlarını da Allah rizasına uyğun olaraq böyütdüklərini görərik. Peyğəmbərlərin çoxu, yaşadıqları dövr və mühitdə belə bir imkanları olmadığı üçün uzun müddət uşaq sahibi olmamış, ancaq yaşlandıqları zaman özlərindən sonra din əxlaqını təbliğ edərək, müdafiə etməyə davam etməsi üçün Allahdan uşaq istəmişlər.