Şirk, qısa təriflə desək, Allahla yanaşı, Ondan başqa bəzi varlıqları da İlah qəbul etməkdir. (Allahı tənzih edirik). Bu tərifdən sonra, bəzi insanlar, əslində şirk içində olmalarına baxmayaraq "biz Allahdan başqa heç bir tanrı tanımırıq ki" deyə bilər. Bu, onların "şirk" in nə olduğunu anlamamış olduqlarından qaynaqlanır. Onsuz da, Allahın Quranda bildirdiyinə görə, Allaha ortaq qoşub şirk içində olanların bir hissəsi, bu vəziyyətlərini qəbul etmirlər. Allah bu insanların vəziyyətini xəbər verir:
O gün onların hamısını bir yerə toplayacaq, sonra isə şərik qoşanlara deyəcəyik: “İddia etdiyiniz şərikləriniz haradadır?” Sonra onların: “Allaha – Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq!” – demələrindən başqa bir bəhanələri qalmayacaq. (Ənam surəsi, 22-23)
Bu səbəblə, kimsə bu mövzuda özündən əmin olmamalı, şirk içində olmaqdan Allaha sığınmalıdır. Çünki şirk, çox böyük bir günahdır. Allah digər günah və səhvləri bağışlayar, amma şirki əsla bağışlamayacağını Quranda belə bildirmişdir:
Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur. (Nisa surəsi, 48)
Bu qədər böyük bir "günah və böhtan" olan şirk, insanın, Allaha aid olan xüsusiyyətləri öz zehnində başqa varlıqlara verməsiylə başlayar. Halbuki, varlıqlarda olan xüsusiyyətlər (güc, gözəllik, zəka və s.) onlara "aid" deyil; Allah bunları onlara, müvəqqəti və müəyyən bir müddət üçün vermişdir. Bu xüsusiyyətləri, bu varlıqlara "aid" saymaq, onları da Allah kimi varlığı özündən olan bir ilah saymaq deməkdir. Bu isə, bəhsi keçən varlıqları Allahın ortaqları sanıb, Allaha şərik qoşmaqla təyin olunar və çox böyük bir cəhalətdir. Allah, Zatının bir və tək olma xüsusiyyətini Quranda belə xəbər verir:
De: “O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub. Onun bənzəri də yoxdur. (İxlas surəsi, 1-4 )
Yuxarıdakı ayələrdən də göründüyü kimi, Allah heç bir şeyə möhtac deyil, amma hər şey Ona möhtacdır. Və heç bir şey Onun tayı deyil. Bu həqiqət rədd edilib, bəzi varlıqların Allaha möhtac olmadığı düşünüldüyü anda isə "şirk" başlayır. O zaman, hər şeyin Allahın idarəsində olduğu unudular, Ona möhtac olmayan bəzi varlıqların mövcud olduğu və bunların Ondan müstəqil olaraq hərəkət edə bildiyi kimi həqiqətdən kənar və azğın bir inanc doğular. Belə varlıqların olduğu zənn edildikdə, Allahdan başqa bir də onlardan kömək istənilməyə, onların razılığı axtarılmağa, onların qaydaları qəbul edilməyə başlanar.
Halbuki, Allaha şirk qoşmayan möminlər, bütün gücün Onun əlində olduğunu bildiklərindən yalnız Ona yönələrlər. Allah möminlərin söylədiklərini Quranda belə xəbər vermişdir:
Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik (Fatihə surəsi, 4)
Müşriklər isə əslində özlərinə köməyə güc yetirməyəcək varlıqlara yönəlirlər. Çünki öz ağıllarına görə ilah olaraq qəbul etdikləri də özləri kimi aciz qullardır. Ayələrdə Rəbbimiz belə buyurub:
Onlar heç bir şey yaratmayan, özləri xəlq edilmiş olan şeyləri Allaha şərik qoşurlar? Bütlər nə onlara yardım edə bilər, nə də özlərinə kömək edə bilərlər. Siz onları doğru yola çağırsanız, sizin ardınızca gəlməzlər. Onları çağırsanız da, sussanız da sizin üçün fərqi yoxdur. Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. (Əraf surəsi, 191-194)
Bu səbəbdən şirk həm böyük bir böhtan, həm böyük bir aldanma, həm də böyük bir ağılsızlıqdır. Ayələrdə şirk qoşanların nə qədər böyük bir ağılsızlıq içində olduqlarını, bütün kainatın sahibi olan Rəbbimiz belə bildirir:
Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də! Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir! (Həcc surəsi , 73-74)
Şirk, fərqli şəkillərdə ortaya çıxar. Allahdan başqa varlıqları ilah olaraq qəbul etmə azğınlığına düşüldüyü üçün, onların razılığı axtarılmağa başlanar. Onlardan mədət ümid edilər və onların hökmləri qəbul edilər. Beləcə insan, özünü öz əliylə milyonlarla xəyali ilahın əmri altına salmış olar. Eynilə özü kimi aciz varlıqlardan mədət umar. Halbuki, şirk qoşan insan, böyük bir çıxılmaz və "zülm" içindədir. Allah bu həqiqəti bir Quran ayəsində belə xəbər vermişdir:
"... Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür." (Loğman surəsi, 13)
Amma bunu da qeyd etmək lazımdır ki, bu cür insanlar, öz-özünə zülm edir. Çünki ayədə bildirildiyi kimi, "Şübhəsiz ki, Allah, insanlara heç bir şeylə zülm etməz. Ancaq insanlar, öz nəfslərinə zülm edirlər." (Yunis surəsi, 44)