Allahın Quranda, insan haqqında verdiyi əhəmiyyətli məlumatlardan biri də onun "nəfs sahibi" olduğudur. Ərəb dilində "insanın özü" mənasını verən nəfs, mənlik sözüylə də təyin oluna bilər.
Rəbbimiz Quranda, insan nəfsinin iki tərəfi olduğunu bildirmişdir. Buna görə insanın içində pisliyi əmr edən bir tərəf və o pis əməldən çəkinməyi əmr edən digər bir tərəf var. Bu mövzu ilə əlaqədar ayələr belədir:
And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və Allahdan qorxmağı təlqin edənə! Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. Onu günaha batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 7-10)
Ayələrdən də aydın olduğu kimi, pis əməl hər insanın nəfsində vardır. Ancaq hər insan bu pis əməllərdən çəkinməyi və qorunmağı da bilir. Nəfsini pis əməllərdən təmizləyən xilas olacaq. Möminlər nəfslərindəki pis əməllərə təslim olmaz, Allahın ilham etdiyi şəkildə ondan çəkinirlər. Hz. Yusif (ə.s)-ın söylədiyi bir sözü xəbər verən, "Mən özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs adama pis işləri əmr edər…" (Yusif surəsi, 53) ayəsi, möminlərin düşünmə formasini da göstərir.
Nəfs "var gücüylə pisliyi əmr edən" olduğuna görə, mömin həmişə nəfsinə qarşı oyanıq olmaq məcburiyyətindədir. Nəfs davamlı olaraq ona Allahın razılığından basqa secimlerde təqdim edir və bu secimleri bəzəkli göstərər. Lakin mömin, Allaha olan səmimi sevgisi və Allah qorxusu sayəsində, nəfsin bu "yoldan azdırıcı" xüsusiyyətinə aldanmaz. Hemise Allahın razılığına uyğun bir həyat yaşamaq üçün doğrulara yönələr.