Yuxarıdakı mömin xüsusiyyətlərində əslində iki ayrı mövzu vardır:
Birincisi, Allaha qulluq etmək, fədakarlıq, təvazökarlıq kimi möminlərin özlərinin sahib olduğu gözəl xüsusiyyətlər.
İkincisi, inkar edənlərin onlarla lağ etməsi, onlara tələ hazırlaması kimi öz əllərində olmayan xüsusiyyətlər.
Əslində bu ikinci cür xüsusiyyətlər, səmimi mömini tanımaqda son dərəcə əhəmiyyətlidir. Çünki birinci növün əhəmiyyətli bir hissəsi "təqlid edilə bilən" xüsusiyyətlərdir. Məsələn, bir münafiq də, mənfəətinə uyğun olduğu üçün 5 vaxt namaz qıla bilər, bəzi fədakarlıqlar edə bilər. Amma ikinci cür xüsusiyyətlər "təqlid edilə bilməz" xüsusiyyətlərdir. İnkar edənlər, ancaq həqiqi bir möminə təzyiq etməyə çalışırlar.
Bu səbəblə, möminləri qiymətləndirərkən bu ikinci növ xüsusiyyətlərə də çox əhəmiyyət vermək lazımdır. Bir birliyin doğrudan da, saleh mömin birliyi olub-olmadığını anlamaq üçün Quranda Allahın dəyişməz qanunu olaraq bildirilən bu meyarlara baxılmalıdır.
Müsəlmanlara edilən şifahi təzyiq və böhtanları dəyərləndirərkən, əvvəlki müsəlmanların başına gələnlər, əsas müraciət qaynağımız olmalıdır. Çünki Allah Quranda, əvvəlki möminlərin qarşılaşdıqları çətinlikləri və məruz qaldıqları böhtanları təfərrüatlı olaraq izah etmiş və belə bildirmişdir:
Yoxsa sizdən əvvəl gəlib-keçənlərin halı başınıza gəlmədən cənnətə girəcəyinizimi sandınız ? ... (Bəqərə surəsi, 214)
Quranda "əvvəlkilərin başına gələnlər" in təfərrüatlarıyla izah edildiyi ayələrdə isə, olduqca diqqət çəkici bir xüsusla qarşılaşarıq. Görərik ki, peyğəmbərlərə və ya möminlərə düşmən olanlar, onlara hücum edənlər ümumiyyətlə, "Bu insanlar Allaha iman edirlər, Onun razılığını axtarırlar" ya da "Bu insanlar bizim kimi əxlaqsız deyillər, yüksək bir əxlaqa sahibdirlər" kimi sözlər söyləmirlər. Tam tərsinə möminlərə, öz ağıllarına görə böhtan atmağa çalışır, onları ən ən pis günahlarla ittiham edirlər.
Əlbəttə "Biz Allaha qarşı gəldik, heç bir əxlaqi sərhədi tanımırıq və maraqlarımıza zidd düşən bu insanları əzmək istəyirik" deməyəcəklər. "Bunlar Allahın hökmlərini tətbiq edən vicdanlı insanlardır, biz isə sərhədi aşmış zalımlarıq" kimi bir etiraflar da etməyəcəklər. Tam tərsinə özlərini "gözəl əxlaqlı və ağıllı" ideal insanlar olaraq göstərib, möminləri qaralayaraq, öz ağıllarına görə hücumlarına qanuni zəmin hazırlamağa çalışacaqlar. Quranda "əvvəlkilərin başına gələnlər" in izah edildiyi hekayələrdə, inkar edənlərin həmişə bu metodu izlədiklərini görərik.
Məsələn, hz. Nuh (ə.s.), göndərildiyi cəmiyyəti bütün peyğəmbərlər kimi yalnız Allaha qulluq etməyə çağırmışdı. Yalnız Allaha ibadət üzərinə inşa edilmiş bir nizam isə, əlbəttə batil sistem sayəsində güc və status əldə etmiş olan qövmünün "başında olanları" nın maraqlarına əks düşmüşdü. Amma bu qabaqcıllar əlbəttə, "bu adamın istədikləri maraqlarımıza əksdir" deməmişlər. Tam tərsinə, hz. Nuh (ə.s)-a böyük bir böhtan da ataraq, mənfəət güdməklə, "mövqe və məqam" qazanmağa çalışmaqla günahlandırdılar. Rəbbimiz bu vəziyyəti ayələrində belə xəbər vermişdir:
Həqiqətən, Biz Nuhu öz qövmünə elçi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?” Qövmünün kafir zadəganları dedilər: “O da sizin kimi sadəcə bir insandır. Sizə böyüklük etmək istəyir.... " (Muminun surəsi, 23-24)
Eyni ağılsız hərəkət hz. Musa (ə.s.) və hz. Harun (ə.s.)-a da edilmişdir. Ayədə xəbər verildiyi kimi, Firon və ətrafı onlara; "... Onlar dedilər: “Gəlmisiniz ki, bizi atalarımızın tutduğu yoldan döndərəsiniz və yer üzündə böyüklük etmək ikinizə qalsın? Biz sizə iman gətirən deyilik”. (Yunis surəsi, 78) demişlər.
Möminlərə atılan böhtanlar daha fərqli ölçülərə də çata bilər. Tarix boyunca Allahın elçiləri, ətraflarındakı möminləri "ovsunlayıb-aldatmaqla" günahlandırmışlar:
Onlar dedilər: “Bu ikisi, doğrudan da, sehrbazdır. Onlar öz sehrləri ilə sizi torpağınızdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu aradan götürmək istəyirlər. " (Taha surəsi, 63)
... kafirlər dedilər: “Bu, yalançı bir sehrbazdır!. (Sad surəsi, 4)
Müsəlmanları qaralamağa çalışanlar, öz xüsusiyyətlərini möminlərə aidmiş kimi göstərməyə çalışırlar. Belə ki, hz. Nuh (ə.s) kimi mübarək bir insan üçün "Xeyr, o, yalançıdır, lovğadır! " (Qəmər surəsi, 25) belə deyərək, əslində özlərinin yalançı olduqlarını sübut etmişdirlər .
Tez-tez gündəmə gətirilən bir başqa böhtan isə "dəlilik "lə ittiham edilmədir. Əslində bu ittihamın arxasında yatan əhəmiyyətli bir anlayış əskikliyi vardır. İnkar edənlər, "Allahın razılığını qazanmaq" kimi bir anlayışa sahib olmadıqlarından, möminlərin yalnız bu məqsədə yönəlmiş olaraq hərəkət etdiklərini qavramaqda çətinlik çəkərlər. Həqiqətdə heç bir mənfəət güdmədiklərini bildikləri möminlərin, bütün həyatlarını Allahın razılığı uğrunda yaşamalarına öz tərs dünyagörüşləri səbəbiylə məna verə bilməzlər. Onların batil düşüncə strukturlarına görə, belə idealist bir rəftar ancaq "dəlilik"dir. Necə ki, bu böhtanı keçmişdə tez-tez istifadə etmişlər. Ayələrdə xəbər verildiyi kimi, Firon, hz. Musa (ə.s.) üçün, "Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!" (Şüəra surəsi, 27) demiş; qövmü, hz. Nuh (ə.s)-ı yalanlayarkən o bir "dəlidir " (Qəmər surəsi, 9) iddiasında olmuşdur.
Möminlər bunlarla yanaşı zina böhtanı ilə də günahlandırılmışdır. Hz. Yusif (ə.s) və bütün mömin qadınlara nümunə olaraq göstərilən hz. Məryəm (ə.s.), bu böhtanla qarşılaşmış mübarək insanlardandır. Əksər peyğəmbər "azmış" (Əraf surəsi, 60) iftirasına məruz qalmışdır.
Bütün bunların "əvvəlkilərin başına gəlmiş" və bitmiş hadisələr olduğunu düşünmək əlbəttə son dərəcə səhv olar. Allah Quranda eyni şeylərin digər möminlərin başına gələ biləcəyini də xəbər vermişdir. Bu səbəbdən eyni ittiham və qaralamalarla, haqq dini müdafiə edən və beləliklə, din əxlaqından uzaq çevrələri narahat edən hər mömin qarşılaşa bilər.
Müsəlmanlar haqqında deyilənlərin, hər zaman bu cür bir qaralama kampaniyasının parçası ola biləcəyi göz qarşısında saxlanılmalı və Rəbbimizin aşağıdakı ayəsində əmr etdiyi kimi, "fasiq" (doğru yoldan azmış)ların gətirəcəyi bu cür xəbərlərə "dəqiq araşdırmadan" etibar edilməməlidir. Mövzuyla əlaqədar ayə belədir:
Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, onu araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz.(Hucurat surəsi, 6)