Qurana görə yaşayan bir insan, sevgisini də Qurana görə yaşayanlara, yəni möminlərə yönəldəcək. Möminlərin, onları sevilməyə layiq edən və Allaha iman etmələrindən doğan bəzi xüsusiyyətləri vardır. Mömin, digər möminlərdə bu xüsusiyyətləri axtaracaq, bunları gördüyü üçün onları sevəcək. Bu xüsusiyyətlər bir adamda nə qədər çox ortaya çıxarsa, ona olan sevgisi də o qədər artacaq.
Allahın Quranda bildirdiyi mömin xüsusiyyətlərinin bəzilərini bu cür maddələrə bölə bilərik:
• Möminlər ancaq Allaha qulluq edərlər. Ondan başqa zehinlərində ilahlaşdırdıqları heç bir varlıq yoxdur. (Fatihə surəsi, 1-7; Nisa surəsi, 36)
• Allahdan qorxub - çəkinərlər. Allahın qadağan etdiyi və ya razılığına zidd olan bir şeyi etməkdən çox çəkinirlər. (Al-i İmran surəsi, 102; Yasin surəsi, 11; Təğabun surəsi, 15-16; Zumər surəsi, 23)
• Yalnız Allaha güvənərlər. (Bəqərə surəsi, 249; Tövbə surəsi, 25-26)
• Allahdan başqa heç kimdən qorxmazlar. (Əhzab surəsi, 39)
• Allaha şükür edərlər. Bu səbəblə, iqtisadi cəhətdən qıtlıq, ya da bolluq içində olmaları onlara hər hansı bir kədər, yaxud da təkəbbür hissi verməz. (Bəqərə surəsi, 172; İsra surəsi, 3; İbrahim surəsi, 7)
• Qəti imanla iman etmişlər. Allahın razılığını qazanmaqdan dönmək kimi bir düşüncəyə əsla qapılmazlar. Hər gün daha şövqlü və həyəcanlı şəkildə xidmətlərini davam etdirərlər. (Hucurat surəsi, 15; Bəqərə surəsi, 4)
• Qurana qüvvətlə bağlıdırlar. Bütün hərəkətlərini Qurana görə nizamlayarlar. Qurana görə səhv olduğunu gördükləri bir rəftardan dərhal imtina edərlər. (Əraf surəsi, 170; Maidə surəsi, 49; Bəqərə surəsi, 121)
• Davamlı Allahı xatırlayarlar. Allahın hər şeyi görən və eşidən olduğunu bilir, davamlı Allahın sonsuz qüdrətini ağıllarında tutarlar. (Al-i İmran surəsi, 191; Rad surəsi, 28; Nur surəsi, 37; Əraf surəsi, 205; Ənkəbut surəsi, 45)
• Allah qarşısında acizliklərini bilirlər. Təvazökardırlar. (Ancaq bu, insanlara qarşı aciz görünmək və əzik rəftarlar sərgiləmək demək deyil.) (Bəqərə surəsi, 286; Əraf surəsi, 188)
• Hər şeyin Allahdan olduğunu bilirlər. Bu səbəblə, heç bir hadisə qarşısında təlaşa qapılmaz, hər zaman soyuqqanlı və təvəkküllü davranarlar. (Tövbə surəsi, 51; Təğabün surəsi, 11; Yunis surəsi, 49; Hədid surəsi, 22)
• Axirətə yönəlmişlər, əsl hədəf olaraq axirəti müəyyənləşdirmişlər. Ancaq dünya nemətlərindən də faydalanar, dünyada da cənnət mühitinin bir bənzərini meydana gətirməyə çalışarlar. (Nisa surəsi, 74; Sad surəsi, 46; Əraf surəsi, 31-32)
• Yalnız Allahı və möminləri dost və sirdaş edərlər. (Maidə surəsi, 55-56; Mücadilə surəsi, 22)
• Ağıl sahibidirlər. Hər an ibadət şüurunda olduqlarından davamlı diqqətli və oyanıqdırlar. Davamlı olaraq möminlərin və dinin lehinə ağıllı xidmətlər edərlər. (Mömin surəsi, 54; Zumər surəsi, 18)
• Bütün gücləriylə Allah adına inkarçılara, xüsusilə inkarçıların rəhbərlərinə qarşı böyük bir fikri mübarizə apararlar. Heç qorxmadan və yorulmadan mübarizələrini davam etdirərlər. (Ənfal surəsi, 39; Həcc surəsi, 78; Hucurat surəsi, 15; Tövbə surəsi, 12)
• Haqqı söyləməkdən çəkinməzlər. İnsanlardan çəkinmədiklərindən ötəri həqiqəti açıqlamaqdan geri qalmazlar. İnkar edənlərin haqlarında söylədiklərinə, lağ etmələrinə və hücumlarına məhəl qoymazlar, qınayıcıların qınamasından qorxmazlar. (Maidə surəsi, 54, 67; Əraf surəsi, 2)
• Allahın dinini təbliğ etmək üçün hər yolu sınayar, müxtəlif formalarda insanları Allahın dininə dəvət edərlər. (Nuh surəsi, 5-9)
• Təzyiq edən deyildirlər. Mərhəmətli və yumşaq xasiyyətlidirlər. (Nəhl surəsi, 125; Tövbə surəsi, 128; Hud surəsi, 75)
• Qəzəblərinə qapılmazlar, anlayışlı və bağışlayıcıdırlar. (Al-i İmran surəsi, 134; Əraf surəsi, 199; Şura surəsi, 40-43)
• Etibarlı insanlardır. Son dərəcə güclü bir şəxsiyyət göstərər, ətraflarına da təhlükəsizlik təlqin edərlər. (Əd-Duxan surəsi, 17-18; Təkvir surəsi, 19-21; Maidə surəsi, 12; Nəhl surəsi, 120)
• Sehrbazlıq və dəliliklə günahlandırılarlar . (Əraf surəsi, 132; Yunis surəsi, 2; Sad surəsi, 4; Hicr surəsi, 6; Qəmər surəsi, 9)
• Təzyiq və zülm görərlər. (Şuəra surəsi , 49 , 167; Ənkəbut surəsi , 24; Yasin suresi , 18; İbrahim surəsi , 6; Nəml surəsi , 49 , 56; Hud surəsi, 91 )
• Çətinliklərə qatlanarlar. (Ənkəbut surəsi, 2-3; Bəqərə surəsi, 156, 214; Al-i İmran surəsi, 142, 146, 195; Əl-Əhzab surəsi, 48; Məhəmməd surəsi, 31; Ənam surəsi, 34)
• Zülmdən və öldürülməkdən qorxmazlar. (Tövbə surəsi, 111; Al-i İmran surəsi, 156-158, 169-171, 173; Şüəra surəsi, 49-50; Saffat surəsi, 97-99; Nisa surəsi, 74)
• İnkarçıların hücum və tələləri ilə qarşılaşar, lağ edilərlər. (Bəqərə surəsi, 14, 212)
• Allahın qoruması altındadırlar. Əleyhlərində qurulan bütün tələlər boşa çıxar. Allah, onları bütün böhtan və tələlərə qarşı qoruyaraq, onları üstün edər. (Al-i İmran surəsi, 110-111, 120; İbrahim surəsi, 46; Ənfal surəsi, 30; Nəhl surəsi, 26; Yusif surəsi, 34; Həcc surəsi, 38; Maidə surəsi, 42, 105; Nisa surəsi, 141)
• İnkarçılara qarşı tədbirlidir. (Nisa surəsi, 71, 102; Yusif surəsi, 67)
• Şeytanı və dostlarını düşmən hesab etmişlər. (Fatir surəsi, 6; Zuxruf surəsi, 62; Mumtəhənə surəsi, 1; Nisa surəsi, 101; Maidə surəsi, 82)
• Münafiqlərə qarşı fikri mübarizə aparar, münafiq xarakteri daşıyanlarla birlikdə olmazlar. (Tövbə surəsi, 83, 9, 123)
• İnkarçıların zorakılıqlarına fikirlə mane olarlar. (Əhzab surəsi, 60-62; Həşr surəsi, 6; Tövbə surəsi, 14-15, 52)
• Bir-birləri ilə məsləhətləşərək (müşavirə ilə) hərəkət edərlər. (Şura surəsi, 38)
• İman etməyənlərin mənasız dəbdəbəli həyatına həsəd aparmazlar. (Kəhf surəsi, 28; Tövbə surəsi, 55; Taha surəsi, 131)
• Zənginlik və vəzifədən təsirlənməzlər. (Həcc surəsi, 41; Qəsas surəsi, 79-80; Nəhl surəsi, 123)
• İbadətlərdə dəqiqlik göstərər, 5 vaxt namazlarını qıla , oruc və bənzəri ibadətləri diqqətlə yerinə yetirərlər. (Bəqərə surəsi, 238; Ənfal surəsi, 3; Muminun surəsi, 1-2)
• Çoxluğa deyil, Allahın verdiyi meyarlara uyarlar. (Ənam surəsi, 116)
• Allaha yaxınlaşmaq, nümunəvi bir mömin olmaq üçün səy sərf edərlər. (Maidə surəsi, 35; Fatir surəsi, 32; Vaqiə surəsi, 10-14; Furqan surəsi, 74)
• Şeytanın təsirinə düşməzlər. (Əraf surəsi, 201; Hicr surəsi, 39-42; Nəhl surəsi, 98-99)
• Atalarına kor-koranə tabe olmazlar. Qurana və sünnəyə görə hərəkət edərlər. (İbrahim surəsi, 10; Hud surəsi, 62, 109)
• Qadınların əzilməsinə göz yummazlar. (Nur surəsi, 4; Talaq surəsi, 6; Bəqərə surəsi, 231, 241; Nisa surəsi, 19)
• İsrafdan çəkinirlər. (Ənam surəsi, 141; Furqan surəsi, 67)
• Namuslu davranarlar və Allahın istədiyi şəkildə evlənərlər. (Muminun surəsi, 5-6; Nur surəsi, 3, 26, 30; Bəqərə surəsi, 221; Maidə surəsi, 5; Mumtəhənə surəsi, 10)
• Dində ifrata getməzlər. (Bəqərə surəsi, 143; Nisa surəsi, 171)
• Fədakardırlar. (İnsan surəsi, 8; Al-i İmran surəsi, 92, 134; Tövbə surəsi, 92)
• Təmizliyə diqqət edərlər. (Bəqərə surəsi, 125, 168; Müddəssir surəsi, 1-5)
• Estetikaya və sənətə əhəmiyyət verərlər. (Səba surəsi, 13; Nəml surəsi, 44)
• Möminlərin arxasından danışmaz, qüsurlarını araşdırmazlar. (Hucurat surəsi, 12)
• Həsəd etməkdən çəkinərlər. (Nisa surəsi, 128)
• Allahdan bağışlanma diləyən kimsələrdir. (Bəqərə surəsi, 286; Al-i İmran surəsi, 16-17, 147, 193; Həşr surəsi, 10; Nuh surəsi, 28)