Qurani Kərimin bir çox hekayəsində, müsəlmanların qarşılaşdığı, özlərinə din əxlaqını təbliğ etdikləri və əksəriyyətlə mənfiliklərinə qarşı fikri mübarizə içində olduqları bir seqment izah edilmişdir. Demək olar ki, bütün peyğəmbər hekayələrində bildirilən bu insanların xüsusiyyətləri də ayələrdə çox açıq bir şəkildə xəbər verilmişdir.
Rəbbimiz Quranda, bu birliyi, "qövmün qabaqcıl təkəbbürlüləri", "rifah içində öyünənlər", "günah işləyənlər", "haqsız yerə lovğalananlar" kimi ifadələrlə tanıtmışdır. Bu kəslərin ortaq xüsusiyyətləri, özlərinə verilən güc və imkanları, Allaha üsyan və yer üzündə fitnə-fəsad törətməkdə istifadə etmələridir. Ayələrdə belə bildirilmişdir:
Biz hansı bir məmləkətə xəbərdarlıq edən peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri ona sadəcə olaraq: “Biz sizinlə göndərilənləri inkar edirik!” – dedilər. Onlar: “Bizim mal-dövlətimiz də, övladlarımız da daha çoxdur və bizə əzab verilməyəcəkdir” – dedilər. (Səba surəsi, 34-35)
Ayələrdə xəbər verilən məlumatlar əsasında bəhsi keçən bu seqmentlərin xüsusiyyətlərini belə saya bilərik;
- Özlərinə verilən rifah, "mallar və oğullar", bəhsi keçən seqmentin yaxşıca təkəbbürlənməsinə, Allahı inkar etməsinə, Ona baş qaldırmalarına (Allahı tənzih edirik) səbəb olar:
Ad xalqına gəlincə, onlar yer üzündə haqsızcasına təkəbbür göstərib: “Bizdən daha qüvvətli kim ola bilər?” – dedilər. Məgər onları yaradan Allahın onlardan daha qüvvətli olduğunu görmürdülərmi? Onlar ayələrimizi, sadəcə, inkar edirdilər. (Fussilət surəsi, 15)
Ancaq burada bunu da ifadə etməkdə fayda vardır: Geniş maddi imkanlara sahib olmaq mənfi bir xüsusiyyət deyil. Ancaq insanın bu imkanların özünə verənin Uca Allah olduğunun fərqində olması və sahib olduğu hər şey üçün Allaha şükür etməsi lazımdır. Səhv olan, insanların dünya həyatında özlərinə təqdim edilən imkanlar səbəbiylə qürurlanmaları və bunun inkarlarına vəsilə olmasıdır. Necə ki, Quranda pis xüsusiyyətləri ibrət olaraq bildirilən kəslər də belə bir səhvə yönələn insanlardır.
- Möminlərin Quran əxlaqını təbliğ edərkən ən çox reaksiya aldıqları birliyi də çox vaxt yenə bu "rifah içində yaşayan başçıları" yaradır. Bəhsi keçən bu seqmentlər, Allaha təslim olmağı və əllərindəki imkanları Onun istədiyi şəkildə istifadə etməyi qəbul etmədiklərindən, möminlərə kin duyarlar. Məsələn, məkkəli müşriklər arasında bu qəzəbləri səbəbiylə sevimli Peyğəmbərimiz (s.ə.v)-i həbs etməyə, yaşadığı yerdən zorla çıxarmağa və öldürməyə belə cəhd etmişlər:
Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya yurdundan qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır. (Ənfal surəsi, 30)
Quran ayələrində təfərrüatlı olaraq xüsusiyyətləri bildirilən bu əxlaqdakı birliklərin bənzər nümunələrinə hal-hazırda da bəzi cəmiyyətlərdə rast gəlmək mümkündür. Dünyanın müxtəlif ölkələrində, qarışıq bir həyat yaşayan, hər cür əxlaqi azğınlığı guya qanuni görən və maddi imkanları çox olduğu üçün cəmiyyətin üstün sinfini meydana gətirən bu insanlar, ictimai əxlaqi çöküntünü meydana gətirən təməl ünsürlərdəndir. Hər cür cinsi pozğunluğun yaşandığı, narkotik və spirt istehlakının çox yüksək səviyyələrdə olduğu azğın əyləncə anlayışına sahib bu birliklərin səbəb olduğu mənəvi çöküntü, bəzi Cənubi Amerika, Cənubi Asiya və qərb ölkələrində açıq şəkildə görünür.
Ancaq unudulmamalıdır ki, əxlaqsızlıq, saxtakarlıq, fırıldaqçılıq, haqsızlıq və ədalətsizlik üzərinə qurulan heç bir sistem daimi olmaz. Hər cür batil və qarışıq sistem yox olmağa məhkumdur. Bu həqiqət bir Quran ayəsində bu şəkildə xəbər verilmişdir:
Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. (Fatir surəsi, 43)
Göründüyü kimi, yer üzündə təkəbbürlü, sahib olduğu imkanlar səbəbiylə ərköyünlüyə qapılan, bu imkanları əxlaqsız bir həyat yaşamaq və yaşatmaq üçün istifadə edən hər qrupun, məğlubiyyətə uğrayacaq olması Allahın bir hökmüdür. Amma bütün bu insanlar dünyadaykən tövbə edib, pis əməllərdən imtina etmək imkanına sahibdirlər. Belə bir sistemə daxil olan kəslər, Allahın hər zaman üçün bağışlayan olduğunu, bu yoldan dönüb iman edən, vətəninin və millətinin xeyri üçün işə başlayan, yaxşı və haqlı rəftar göstərən kəsləri bağışlayan olduğunu unutmamalıdırlar.
Kim doğru yolla gedərsə, əvvəlcə öz yaxşılığı üçün doğru yola tabe olmuş olar. Buna baxmayaraq, kim təkrar pisliyə və azğınlığa dönsə, şübhəsiz Rəbbimizin əzabı çox şiddətli olandır. Allah bir ayədə belə buyurur:
Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş heç kəsə əzab vermirdir.(İsra surəsi, 15)