Bəzi insanlar özlərinə tək hədəf olaraq seçdiyi dünya nemətlərini əldə etmək üçün çox böyük bir səy göstərərlər. Zəngin olmaq, ad-san qazanmaq və ya başqa mənfəətlər üçün əllərindən gələn hər şeyi edirlər. Çox qısa müddət içində tamamilə əllərindən gedəcək olan "az bir dəyər" (Tövbə surəsi, 9) uğruna böyük bir yarışa girərlər. Onlarınkından daha böyük bir qiymətə, əldə etdikləriylə müqayisəsi əsla mümkün olmayan ən böyük nemətə, Allahın razılığına və cənnətinə talib olan möminlər də bu hədəfləri üçün ciddi bir səy göstərərlər. Allah, Quranda, möminin bu xüsusiyyətini belə təsvir edər:
Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və Allahın rəhmətindən qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq. Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra surəsi, 18-19)
Mömin Allah rizası və axirət üçün "ciddi bir səy göstərərək" çalışar. Tövbə surəsinin 111-ci ayəsində bildirildiyi kimi, mömin malını və canını Allah üçün "satmışdır."
Allaha "malını və canını satmış" olan bir insan, Allah rizası üçün qarşılaşacağı heç bir çətinlikdən təsirlənməyəcəkdir. Allah rizası xaricində heç bir şeyə yönəlməyəcəkdir. Bədəni və sahib olduğu mallar "onun" deyil ki, bu barədə öz nəfsinin eqoist ehtiraslarına tabe olsun. Bədəninin və sahib olduğu hər şeyin sahibi Allahdır, bütün bunları Onun istədiyi şəkildə istifadə edəcək.
Bununla yanaşı, göstərəcəyi səyin həqiqətən ciddi olub-olmadığı da yoxlanılacaqdır. Allah yolunda heç bir şeydən çəkinməməlidir. Çünki münafiqlər də, əgər özləri üçün "bir fayda" görsələr, ətrafda Allah rizasına uyğun olan bir işə - Allahın razılığını deyil, bu "fayda"nı əldə edə bilmək üçün - başlaya bilərlər:
Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!” – deyə Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir. (Tövbə surəsi, 42)
Bu səbəbdən, mömin olmağın meyarlarından biri, Allah rizasına qarşı daxili bir istək hiss etmək və lazım olduğunda bu yolda fədakarlıq göstərməkdən çəkinməməkdir. Möminlər, "Biz onları Axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik " (Sad surəsi, 46) Mömin, Allahın rizası ilə yanaşı başqa mənfəətlər güdməz. Allahdan, razılığını, rəhmətini və cənnətini ümid edər, çünki ayədə bildirildiyi üzrə, "Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz. " (Nisa surəsi, 124)
Göründüyü kimi Allahın Quranda təsvir etdiyi mömin modeli son dərəcə açıq və aydındır. Cənnət, Allaha və axirətə "qətiyyətlə" (Loğman surəsi, 4) iman gətirib, sonra da Allah yolunda "ciddi bir səy" göstərənlərin yurdudur. Allaha ancaq "bir ucundan ibadət" edib, Allahın razılığının yanında öz bəsit dünyəvi mənfəətlərini qorumağa çalışanların vəziyyətini isə, Rəbbimiz Quranda belə açıqlayır:
İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qayıdar. O adam dünyanı da itirər, axirəti də. Həqiqi zərər də elə budur. (Həcc surəsi, 11 )
Mömin öz maraqlarını nəzərə almadan yalnız Allah rizasını axtararaq Allahın Quran-i Kərimdə bildirdiyi, Peyğəmbərimiz (s.ə.v)-in hökm etdiyi sərhədləri diqqətlə qoruyar, bu mövzuda səbirli və təmkinli davranar. Allahın sərhədlərini qorumaq mövzusunda heç bir şey onu zəifliyə sürükləməz. Hər anında Allahın özündən razı olacağı şəkildə davranmaq üçün dəqiqlik göstərər.
Möminin əsl hədəfi axirətdir. Allah möminə axirətdə sonsuz gözəl bir həyat vəd edir. Rəbbimiz mömin qullarına dünyada da gözəl bir həyat verəcəyini vəd etmişdir, amma bu onun dünyada heç çətinlik və sıxıntı ilə qarşılaşmayacağı mənasını verməz. Qarşılaşacağı çətinliklər isə, onun sınanması və yetkinləşməsi üçündür.
Möminin qarşılaşacağı çətinliklər, əslində kənərdan çətin kimi görünən, lakin tam bir təslimiyyətlə içinə girildiyində, Allahın asanlaşdırdığı hadisələrdir. Məsələn, hz. İbrahim (ə.s) imanından ötəri alova atılmaq istəyəndə müsəlman kimi cavab vermiş, inancından və Allahın əmrlərindən heç bir güzəştə getməyərək atəşə atılmağı gözə almışdır. Alova atılmaq, kənardan baxan və imanın dərinliyini qavramamış biri üçün bir insanın dünyada başına gələ biləcək ən böyük fiziki işgəncədir. Lakin Allahın bu sınağını ən gözəl, ən təslimiyyətli bir şəkildə qarşılayan hz. İbrahim (ə.s), kənardan çətin görünən bu hadisədən Allahın köməyi ilə heç bir zərər görmədən xilas olmuşdur. Necə ki, Allah, Öz razılığı üçün sahib olduqları hər şeyi ortaya qoyanların heç bir zərər görmədən, maddi və mənəvi qazancla geri döndüklərini ayələrində belə xəbər verir:
Bəzi adamlar onlara: “Camaat sizə qarşı ordu toplayıbdır, onlardan qorxun!” – dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl Qoruyandır!” – dedilər. Onlar özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir. O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun! Küfrə can atanlar səni kədərləndirməsin. Çünki onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib etməsin. Onlar üçün böyük bir əzab vardır. Doğrudan da, imanı əldən verib küfrü alanlar Allaha heç bir zərər yetirə bilməzlər. Onları ağrılı-acılı bir əzab gözləyir. ( Al-i İmran surəsi, 173-177)
Nəticədə Allahın razılığını axtaran və güdən bir mömin üçün heç bir çətinlik, sıxıntı və kədər yoxdur. Yalnız, Allahın dünyada bir imtahan olaraq yaratdığı və möminin təvəkkül, səbir və təslimiyyətini sınadığı hadisələr vardır. Bunlar, kənardan baxıldığında çətinlik və sıxıntı kimi görünən, içinə girdiyində isə Allahın mütləq bir rəhmətiylə qarşılaşılan hadisələrdir. Allah Quranda, mömin qullarına daşıya biləcəklərindən çox yük yükləməyəcəyini də bildirmişdir. Allah Özünə gərəyi kimi qulluq edən möminlər üçün hər iki həyatda da gözəllik olduğunu belə bildirmişdir:
Müttəqilərə: “Allah nə nazil etmişdir?” – deyildikdə, onlar: “Xeyir nazil etmişdir!” – deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir! Onlar ağacları altından çaylar axan Ədn bağlarına girəcəklər. Orada onların ürəklərinin istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır. (Nəhl surəsi, 30-31)
Allah rizasını ummaqda zəiflik göstərən, Allaha tam bir təslimiyyət göstərməyən, nəfsini ön planda tutan kəslərin başına isə, bu səhv mövqelərini dəyişdirib düzəltmədikləri təqdirdə, Allahın bir xəbərdarlığı olaraq əzab, çətinlik və sıxıntı gəlir. Möminlər səhv etdiklərində, özlərinə edilən xəbərdarlıqlardan dərs alıb, tövbə edər və davranışlarını düzəldərlər. İnkarçılar isə, dünyada yaşadıqları müddət boyunca Allahın özlərini uğratdığı çətinlik və sıxıntılardan, bəlalardan ibrət almaz və axirətdəki böyük sonsuz əzaba layiq olacaq bir vəziyyətə gəlirlər.