Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı Allahı görmək vardır. (Qaf surəsi, 35)
İnsanın zövq aldığı və istədiyi hər şey və daha artığı vardır. (Qaf surəsi, 35; Zuxruf surəsi, 71; Ənbiya surəsi, 102)
Böyük bir mülk vardır. (İnsan surəsi, 20)
Hər yanı nemətlərlə doldurulmuşdur. (Saffat surəsi, 43; İnsan surəsi, 20)
Ölüm dadılmaz. (Əd-Duxan surəsi, 56)
Əbədi yurddur. (Bəqərə surəsi, 25)
Yorğunluq və ya sıxıntı duyulmaz. (Fatir surəs, 35)
Sonsuz xoşbəxtlik vardır. (Yasin surəsi, 55)
Tam bir rahatlıq vardır. (Vaqiə surəsi, 89)
Olduqca genişdir. (Hədid surəsi, 21)
Xoş bir həyat vardır. (Haqqə surəsi , 21)
Hüzn və qorxu yoxdur. (Bəqərə surəsi, 62; Al-i İmran surəsi, 170; Fatir surəsi, 34; Əraf surəsi, 35)
Geniş ehtiram görülər. (Saffat surəsi, 42)
Qüsursuz bir şəkildə yeni bir yaradılışla yaradılmış, bakirə, tərtəmiz, hamar bədənli, iri gözlü və baxışları yalnız yoldaşlarına çevirmiş hurilər vardır. (Bəqərə surəsi, 25; Saffat surəsi, 49; Zuxruf surəsi, 70; Saffat surəsi, 48; Duxan surəsi, 54; Vaqiə surəsi, 22-23, 36-37; Rəhman surəsi, 56, 58, 70, 72; Nəbə surəsi, 33; Vaqiə surəsi, 35)
Yüksək köşklər və gözəl məskənlər vardır. (Furqan surəsi, 10, 75; Ənkəbut surəsi, 58; Saff surəsi, 12)
Narahat edici isti və ya soyuq yoxdur. Daima kölgəlikləri vardır. (İnsan surəsi, 13; Rad surəsi, 35; Mursəlat surəsi, 41; Nisa surəsi, 57)
İçindən çaylar axar. (Bəqərə surəsi, 25)
Süddən və baldan bulaqlar vardır. (Məhəmməd surəsi, 15)
Yüksəklərdə qurulmuş döşək, ləl-cəvahiratlarla işlənmiş taxtlar vardır. (Vaqiə surəsi, 15, 34; Ğaşiyə surəsi, 13; Saffat surəsi, 44)
Sıra-sıra yastıqlar, sərilmiş döşəkçələr, parlaq gözəllikdə döşəklər vardır. (Ğaşiyə surəsi, 15-16; Rəhman surəsi, 76, Vaqiə surəsi, 30)
Bitib tükənməyən, hesabsız bir ruzi vardır. (Sad surəsi, 54; Mömin surəsi, 40)
İçindəki nemətlər azalmaz. (İnsan surəsi, 13; Vaqiə surəsi, 33)
Rahatlıqla əldə edilən növbənöv meyvələr vardır. (Vaqiə surəsi, 28, 29, 32; Nəbə surəsi, 32; Haqqə surəsi, 23; Rəhman surəsi, 68; İnsan surəsi, 14)
Tərtəmiz su qaynaqları vardır. (Mutaffifin surəsi, 28; Ğaşiyə surəsi, 12; Rəhman surəsi, 50; İnsan surəsi, 6,18)
Növbənöv incəliklər və gözəlliklər vardır. (Rəhman surəsi, 48)
Atlasdan olan ağır işləməli yastıqlar vardır. (Rəhman surəsi, 54)
Xidmət edən, tərtəmiz insanlar vardır. (Tur surəsi, 24)
Saçılmış inci kimi ölümsüz vildanlar vardır. (İnsan surəsi, 19)
İçənlərə sərxoşluq verməyən dümağ, qatqısız bir şərab var. (Mutaffifin surəsi, 25, 26; İnsan surəsi, 5; Saffat surəsi, 46-47; Vaqiə surəsi, 19; Tur surəsi, 23)
İpəkdən və ağır işlənmiş atlasdan olan paltarlar, qızıl, gümüş və mirvaridən bəzək əşyaları vardır. (İnsan surəsi, 21; Həcc surəsi, 23)
Yemək və içkilər qızıl və gümüşdən sinilər və səhənglərdə təqdim edilir. (Zuxruf surəsi, 71; İnsan surəsi, 15-16)
İçindəki yeməklərin dadların dünyadakılara bənzəyir. (Bəqərə surəsi, 25)
Müsəlman, Allahın, dininə bağlananlara verdiyi bir addır. Quranda təsvir edilən müsəlmanları digər insanlardan ayıran əsas fərq isə, bu insanların Allahın sonsuz qüdrətinin tam mənasıyla fərqində olmalarıdır.
Allahın böyüklüyünü qavramaq bunu sözlə təsdiq etməkdən ibarət deyil. Müsəlmanlar Allahın varlığının və böyüklüyünün fərqinə varan, Onu çox sevən, Ondan "qorxub-çəkinən" və həyatlarını fərqinə vardıqları bu böyük həqiqətə görə təşkil edən insanlardır.
Bu kitabda yalnız Allah üçün yaşayan və Quranda təsvir edilən mömin modeli izah edilir. Unudulmamalıdır ki, cənnət, Allaha və axirətə "qəti bir məlumatla" iman edib, sonra da Allah yolunda "ciddi bir səy" göstərənlərin yurdudur. Allaha ancaq "bir ucundan ibadət" edib, Allahın razılığı ilə bərabər öz sadə mənfəətlərini qorumağa çalışanlar isə Quranda bildirildiyi üzrə itirənlərdirlər. (Həcc surəsi, 11)